AZ   |   RU
Türk diplomatlar İrəvana səfər edib? - Türkiyədən Ermənistana özəl təyyarə uçub - İDDİA

Ermənistanın paytaxtı İrəvanın hava limanına Ankaradan gələn özəl təyyarənin endiyi bildirilir.

Missiya.Az
xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Ermənistanın “Qurtuluş” hərəkatının Teleqram kanalında qeyd edilib ki, Türkiyədə prezident və baş nazirdən başqa, hökumətdən yalnız 3 nəfər şəxsi təyyarələrlə uçur.

Sitat: “Həmin şəxslər xarici işlər naziri, müdafiə naziri və Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalındır. İlk iki şəxs Ərdoğanla birlikdə Nyu-Yorkdadır. Deməli İrəvana gələn İbrahim Kalındır”, - sitatın sonu.

Qeyd edək ki, Türkiyə və Ermənistan rəhbərliyi son dövrlər bir-birinə diplomatik əlaqələrin qurulması ilə bağlı müsbət mesajlar verirlər. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili vasitəsi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana görüş təklif edib. Ərdoğan isə Ermənistanla diplomatik əlaqələrin bərpasının mümkünlüyünü vurğulayıb və Paşinyanın qarşısında “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı şərt qoyub. Hələ ki, rəsmi İrəvan Ərdoğanın dəhlizlə bağlı şərtinə heç bir reaksiya verməyib.

Elvin
Missiya.Az


  • 24-09-2021, 12:34