AZ   |   RU
“Bakı və Tehran arasında münasibətlərinin yaxşılaşdırılması Cənubi Qafqaza müsbət təsir göstərəcək” - Zaxarova

“Azərbaycan-İran münasibətlərinin yaxşılaşdırılması bütövlükdə Cənubi Qafqaz və Xəzər dənizi regionunda vəziyyətə müsbət təsir göstərəcək”. 


Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.


“Biz Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında regional layihələrin inkişafında böyük potensial görürük. Xüsusilə bu məntiq Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi üzrə işimizdə öz əksini tapıb. Biz Bakı və Tehranla “3+3” məsləhətçi regional platforması çərçivəsində sıx əməkdaşlığı davam etdirməyə sadiqik”, - deyə siyasətçi vurğulayıb.


Zaxarova qeyd edib ki, regional oyunçuların özləri kənar müdaxilə olmadan mövcud problemlərin həlli yollarını axtarmalıdırlar.

 


Daşqın Həsənov
Missiya.Az



  • 23-05-2024, 15:35