AZ   |   RU
Dağıstan terrorçusu ilə Həbib Nurməhəmmədovu nə birləşdirir? - FOTO

Dağıstanda məhv edilən yaraqlılardan biri Abdulmanap Nurməhəmmədov adına məktəbin məzunu, MMA döyüşçüsü Hacımurad Kagirovdur. Onun keçmiş çempion Həbib Nurməhəmmədovla yaxın dosluq münasibəti var. Adıçəkilən məktəbi də elə Həbib Nurməhəmmədov yaradıb. 


Missiya.Az xəbər verir ki, bu məlumatı Mash Telegram kanalı paylaşıb. Adı açıqlanmayan Dağıstanın ictimai səhifələrində Dağıstanda məhv edilən yaraqlının fotosu yayılıb. 2021-ci ildə turnir zamanı o, Khabib Nurmagomedovun Eagles MMA klubunu təmsil edib və bütün dövr ərzində iki döyüş keçirib, hər ikisi qələbə ilə başa çatıb. Məlumat hələki, rəsmi təsdiqini almayıb. Mash onu da yazır ki, Kagirov Mahaçqalanın keçmiş meri Musa Musayevin əmisi oğludur, o, əmisi üçün məşq arası fasilələrdə mühafizə sürücüsü işləyib. 2018-ci ildə Musayev torpaq sahələri ilə dələduzluq etdiyinə görə 4 il müddətinə azadlıqdan məhrum edilib.


Elcan
Missiya.Az



  • 24-06-2024, 13:27