AZ   |   RU
“Türkiyə Minsk Qrupunun Azərbayacana problem yaratmasına imkan verməyəcək” - Hulusi Akar

“Qarabağ məsələsi təkcə Azərbaycan və Türkiyənin məsələsi deyildi”. 


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasının sədri Hulusi Akar Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Milli Müdafiə Komissiyası sədrlərinin 1-ci toplantısında çıxışı zamanı deyib.


O, bildirib ki, Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasını təkcə region ölkələri üçün deyil, həm də qlobal təhlükəsizlik baxımından əhəmiyyətlidir.


“Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması vacibdir və iki ölkənin sülh yolunda ən böyük maneəni aradan qaldıracağına inanırıq”, - deyə siyasətçi vurğulayıb.


"Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupu, Rusiya, Amerika və Fransa 33 il barmağını tərpətmədən dayandı. İndi, məsələ həll olunduqdan sonra, onlar problem yaratmağa çalışır. Biz onlara heç bir imkan verməyəcəyik”, - deyə siyasətçi qeyd edib.



Daşqın Həsənov
Missiya.Az



  • 22-05-2024, 15:26