AZ   |   RU
Türkiyə XİN Ermənistanın Fələstini tanımaq qərarını alqışlayır
 
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın Fələstini tanımaq qərarını alqışlayır. 


Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir .


Bəyanatda Fələstinin tanınmasının beynəlxalq hüququn, ədalətin və vicdanın tələbi olduğu bildirilib.


Fələstini əvvəllər İspaniya, İrlandiya, Norveç və Sloveniya tanıyıb. Və bu gün Ermənistan Xarici İşlər Nazirliyi Fələstini müstəqil dövlət kimi tanıdığını bəyan edib . Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, bu, beynəlxalq hüquqa, xalqların bərabərlik, suverenlik və dinc yanaşı yaşaması prinsiplərinə sadiqlik əsasında həyata keçirilib.


Bundan sonra İsrail Xarici İşlər Nazirliyi bununla bağlı Ermənistan səfirini dəqiqləşdirmə üçün çağırdığını açıqlayıb .


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 21-06-2024, 17:41