AZ   |   RU
Bədii üzgüçülük üzrə Azərbaycan komandası beynəlxalq turnirdə 31 medal qazandı - FOTOLAR


Bədii üzgüçülük üzrə Azərbaycan komandası Birləşmiş Ərəb Əmirliyinin Abu Dabi şəhərində keçirilən beynəlxalq turnirdən 31 medalla vətənə dönüblər. 


Azərbaycan Üzgüçülükü Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə 8 ölkədən 15 klubun, 200 dən çox idmançının qatıldığı turnirdə idmançılarımız ümumilikdə 18 qızıl, 12 gümüş, 1 bürünc medal qazanıblar. Birləşmiş Ərəb Əmirliyi, Rusiya, Cənubi Afrika Respublikası, Tayvan, Sinqapur, Tunis və Türkiyənin bədii üzgüçülərinin də mübarizə apardığı beynəlxalq yarışda idmanşılarımız ən yüksək nəticələrini göstəriblər.



  • 22-05-2024, 10:23