AZ   |   RU
Makronun Ukraynaya qoşun göndərəcəyinə dair açıqlamasına Rusiyadan sərt reaksiya

Rusiya Xarici İşlər Nazirliyinin birinci Avropa departamentinin direktoru Artem Studennikov Fransa prezidenti Emmanuel Makronun Fransa qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı bəyanatları fonunda söz verib ki, bu halda Rusiyadan ciddi cavab veriləcək.


Missiya.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.


O vurğulayıb ki, Makronun döyüşkən ritorikasının Aİ və NATO-da, eləcə də həmvətənləri arasında geniş dəstəyi olmasa da, Moskva onun sözlərini ciddi qəbul etməyə və ona uyğun davranmağa məcburdur.


“Siz bizim mümkün diplomatik reaksiyamız barədə soruşursunuz, lakin belə bir ssenari reallaşarsa, cavab tədbirləri siyasi müstəvidən çox kənarda qalacağı göz qabağındadır”, - diplomat bildirib.


Bundan əvvəl Studennikov xəbərdarlıq etmişdi ki, Makronun planlarının həyata keçirilməsi Parisin rəsmi şəkildə Ukrayna münaqişəsində  tərəfə çevrilməsinə gətirib çıxaracaq və Fransa ordusu Rusiya ordusu üçün qanuni hədəfə çevriləcək.



Elcan
Missiya.Az




  • 22-05-2024, 10:05