AZ   |   RU
22 may - Məhəmməd Hadinin xatirə günüdür


22 may görkəmli Azərbaycan şairi Məhəmməd Hadinin xatirə günüdür.

Məhəmməd Hadi 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulub. O romantizm üslubunda gözəl şeirlərilə türk ədəbiyyatında özünəməxsus yer tutur. Şərq ədəbiyyatı, tarix, ərəb və fars dillərini mükəmməl bilən şair “Həyat” qəzeti və “Füyuzat” jurnalında işləyib. 1911-1914-cü illərdə İstanbulda yaşayıb, burada Tofiq Fikrət və Rza Tofiqlə dostluq edib.

Nizami, Ömər Xəyyam, Hafiz və başqa klassiklərdən tərcümələri olan, yaradıcılığında maarifçilik ideyaları mühüm yer tutan, 1918-ci ildən Gəncə və Bakıda yaşayan Məhəmməd Hadi çox yoxsul həyat sürüb, şeirlərini satmağa məcbur olub.

Şair 1920-ci ilin 22 mayında 41 yaşında dünyasını dəyişib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 22-05-2024, 10:00