AZ   |   RU
KİV nümayəndələri "BOULINQ" turnirində güclərini sınayıblar


“Sportsman” jurnalının 150 illik yubileyi ilə bağlı KİV nümayəndələrinin, Olimpiya, dünya və Avropa çempionlarının, idman federasiyalarının mətbuat xidməti əməkdaşlarının, tanınmış incəsənət nümayəndələrinin və qazilərin iştirakı ilə boulinq yarışı keçirilib.

Missiya.Az
 xəbər verir ki, yarış Gənclik Mall-da yerləşən “ONTOP BOULINQ KLUBU”nun dəstəyi və tərəfdaşlığı ilə baş tutub.

Tədbirin aparıcısı jurnalist, televiziya aparıcısı və sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənan Şəfizadə olub.  O hamını salamlayaraq yarışçılara uğurlar arzulayıb.

Tədbirin nəğməli qonaqları isə turnirə xüsusi rəng, motivasiya qatıblar.

Daha sonra iştirakçılara yarışın qaydaları barədə məlumat verilib, sonra isə oyun başlayıb. Turnirin qaliblərinə və qatılanlara diplom, xüsusi hədiyyələr təqdim olunub.

“On Top” Boulinq Klubunun marketinq direktoru Hüseynağa Əliyevin sözlərinə görə iştirakçılar yüksək oyun bacarığı nümayiş etdiriblər: “Oyunçuların 120-dən artıq xal toplamalarını sözün düzü gözləmirdik. Ancaq bu amil bizi sevindirdi. İştirakçılar həvəskar səviyyə üçün çox yaxşı oynadılar. Fotoqraf Bəhruz Məmmədov 131 xalla 1-ci, 127 xalla voleybol məşqçisi Ziya Rəcəbov 2-ci, sevilən müğənnimiz, respublikanın əməkdar artisti Səlim Abbasov isə 124 xalla 3-cü yeri qazanıb. Maraqlı tədbirə görə “Sportsman” jurnalının əməkdaşları Rəşad Qəmərşahoğluna və Etibar Hüseynova xüsusi təşəkkür edir, jurnalın yubiley nömrəsinə görə isə bütün kollektivi təbrik edirəm”.





Zərintac Mayisqızı
Missiya.Az




  • 21-05-2024, 14:53