AZ   |   RU
“İsrail bütün qırmızı xətləri keçdi” - Hakan Fidan

"İsrail insan vicdanının və milli qanunun bütün qırmızı xətlərini keçdi".


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İslamabadda pakistanlı həmkarı Məhəmməd İshak Dar ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.


O, bildirib ki, İsrail tam zəfər axtarışında bütün bölgəni məhvə və müharibəyə sürükləyir.


"Biz diplomatiyanın bütün vasitələrindən istifadə edərək əlimizdən gələni etməyə çalışacağıq. İsrailin siyasi və hərbi dəstəyi olmasaydı, bu müharibəni davam etdirməsi mümkün olmayacaqdı. İsrailin cinayətlərini qoruyan ölkələr çox gec olmadan bu səhvdən əl çəkməlidirlər”, - deyə siyasətçi vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az



  • 20-05-2024, 12:11