AZ   |   RU
Türk Ağsaqqalları Birliyinin (TAİB) işçi toplantısı keçirilib - FOTOLAR
Yeni yaradılmış və Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş Türk Ağsaqqalları Birliyinin (TAİB – Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi) işçi toplantısı keçirilib.

Toplantıda təşkilatın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə dair müzakirələr və iş bölgüsü aprılıb. Bundan başqa, təşkilatın İdarə Heyətinə namizədlərin siyahısı nəzərdən keçirilib, Toplantı iştirakçıları TAİB-in təsisçisi Ramin Əhmədova təşkilatın ilk Konfransına hazırlıq prosesinin gedişatı barədə məlumat veriblər. O da öz növbəsində qarşıdakı mərhələdə görüləçək işlər barədə tapşırıqlar verib, Konfransa qədər ayrı-ayrı istiqamətlər üzrə fəaliyyət göstərəcək məsul şəxsləri müəyyənləşdirib.

Akademik Sabir Tağıyev, sabiq dövlət qulluqçusu Eyvaz Hünbətov və qocaman hüquqşünas Yaqub Mehdiyev TAİB-in yaradılmasının əhəmiyyətindən danışaraq, təşkilatın işində yaxından  iştirak edəcəklərini bildiriblər. Qeyd edək ki, TAİB-in ilk Konfransında təşkilatın sədri seçiləcək və İdarə Heyətinin tərkibi formalaşdırılacaq.






  • 22-09-2021, 16:53