AZ   |   RU
Sumqayıtda havaya atılan qara tüstüyə görə araşdırma aparılır

Sumqayıtda fəaliyyət göstərən “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodundan havaya qara tüstünün yayılması müşahidə olunub.

Sözügedən fakt ötən gün Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı aşkarlanıb. 

Məsələ ilə əlaqədar Xidmətin regional idarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.


  • 20-09-2021, 19:39