AZ   |   RU
"Heydər Əliyev Fondu dövlətə, xalqa bənzərsiz xidmət nümunələri yaradıb" - Ramin Əhmədov



"Heydər Əliyev Fondu yarandığı gündən bu vaxtadək həm milli-mədəni irsimizin dünyada təbliğ olunması yönündə,  həm də yeni cəmiyyət quruculuğu prosesində  bənzərsiz və təkrarsız fəaliyyət nümunələri yaradıb".

Missiya.Az
xəbər verir ki, bu sözləri Türk Ağsaqqalları İctimai Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov öz "Facebook" hesabında yazıb.

Ramin Əhmədov qeyd edib ki, Heydər Əliyev Fondu təhsil, səhiyyə, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə də müxtəlif layihələr həyata keçirərək  ölkənin sosial-iqtisadi inkişafına öz töhfələrini verir:

"Fondun dünyanın ayrı-ayrı ölkələrində, müxtəlif mədəniyyətlərə hörmət əlaməti olaraq həyata keçirdiyi layihələr nəticədə ölkəmizin dünyadakı mövqelərinin möhkəmlənməsinə, ölkələrarası münasibətlərin daha da yaxşılaşmasına və nəhayət həqiqətlərimizin qlobal müstəvidə qəbul olunmasına əhəmiyyətli töhfələr verib".

Türk Ağsaqqalları Birliyinin təsisçisinin sözlərinə görə, bu günə qədər Fondun qapısını döymüş insanlar heç vaxt naümid geri qaytarılmayıb:

"Şəhid ailələri və qazilərlə bağlı həyata keçirilən humanitar xarakterli layihələr də xüsusi qeyd olunmalıdır.

Bütün bu işlərin təşkili isə sözsüz ki, Heydər Əliyev Fondunun prezidebti,  Azərbaycanın birinci xanımı, xalqımızın sevimlisi Mehriban xanım Əliyevanın üzərinə düşüb. Məhz onun tarixmizə, milli və mədəni irsimizə bağlılığının nəticəsidir ki, görülən bütün işlərdən sevgi boylanır, insanlara doğmalıq münasibəti özünü göstərir.

Fürsətdən istifadə edərək həm Türk Ağsaqqalları İctimai Birliyi - TAİB, həm də Missiya Media Qrupu adından Heydər Əliyev Fondunun rəhbərliyi başda olmaqla bütün əməkdaşlarını təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıram",-deyə o əlavə edib.

Leyla SƏMƏNDƏR
Missiya.Az

 



  • 5-05-2024, 14:31