Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinin 9 fəaliyyət istiqaməti olacaq.
Missiya.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi qurumun nizamnaməsində öz əksini tapıb.
Sənədə əsasən, həmin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Agentliyə təkliflər vermək və həmin siyasətin həyata keçirilməsində iştirak etmək;
- dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, balansında olan içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını təmin etmək;
- meliorasiya və irriqasiya sahəsində xidmətləri göstərmək;
- ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyəti həyata keçirmək, habelə istehlakçıların məişət (təsərrüfat)- içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, tullantı və yağış sularının axıdılması xidmətlərini göstərmək;
- balansında olan hidrotexniki qurğuların texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirmək;
- su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su itkisinin qarşısının alınması sahəsində tədbirlər həyata keçirmək;
- su təhlükəsizliyinin təmin edilməsində iştirak etmək;
- müvafiq sahənin inkişafını təmin etmək;
- bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.