AZ   |   RU
ABŞ Qəzzanın şimalına humanitar yardım göndərib

 

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Qəzzanın şimalına 25 mindən çox qidaya bərabər humanitar yardım göndərdiklərini açıqlayıb. 


Missiya.Az xəbər verir ki, bu barədə "CENTCOM" məlumat yayıb.


Açıqlamada əməliyyat zamanı 25 mindən çox yeməyə uyğun gələn qidanın havadan atıldığı və bu çərçivədə ABŞ-nin indiyədək 1082 ton humanitar yardım etdiyi bildirilib. 


Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ havadan humanitar yardım göstərməyə davam edəcək. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 26-04-2024, 11:30