AZ   |   RU
ABŞ-nin dövlət katibi çinli həmkarı ilə görüşüb


Çinin paytaxtı Pekində səfərdən olan ABŞ-nin dövlət katibi Antoni Blinken çinli həmkarı Van İ ilə görüşüb.

Missiya.Az
 xarici KİV-ə istinadən xəbər verir ki, bağlı qapılar arxasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişdən bəhs olunub.

Xatırladaq ki, Blinkenin Çinə işgüzar səfəri aprelin 24-də Şanxay şəhərindən başlayıb.

Zərintac Mayisqızı
Missiya.Az




  • 26-04-2024, 11:14