AZ   |   RU
Dilaltı qədəh uşaqlara hansı çətinliklər yaradır? - AÇIQLAMA


Bildiyimiz kimi dil nitq, danışma və udma hərəkətlərinin icrasında vacib bir əzələdir. Əksər uşaqlarda dilaltı qədəh problemi müşahidə olunur. Bu dilin altındakı yumşaq toxumadır və dilin ağız döşəməsinə yapışmasını təmin edir. Belə problemi olan körpələrdə sorma, əmmə, habelə böyüdükcə nitqində və səslərində fəsadlar əmələ gəlir.

Surdoloq – Loqoped Xatirə Qasımova Missiya.Az-a açıqlamasında bildirib ki, dil qədəhi bəzi səslərin tələffüzündə problem yarada bilir. Lakin azyaşlılarda dil gecikməsinə, kəkələməyə səbəb olmaz:

“Dil pərdəsi çox qısa olan körpələrdə şübhəsiz uşaq cərrahının fikri nəzərə alınmalıdır. Məsləhət görülsə cərrahi müdaxilə ilə dilaltı pərdənin qısalığı düzəldilməlidir. Problem damaq ilə dil arasında olan bağın qalın və ya qısalığından qaynaqlanır. Bununla əlaqədar dil hərəkətləri məhdudlaşır. Bəzi valideynlər danışa bilməyən övladlarının həmin qədəhin kəsilməsi ilə bunu bacaracağını düşünür. Amma yanlış düşüncədir. Çünki dilaltı qədəh yalnız bəzi hərflərin doğru tələffüzünə mane olur. Uşaqlarda dilaltı qədəhi, dil qalınlığı müşahidə etdiyimiz zaman müəyyən yoxlanışlarla və mərhələ ilə aradan qaldırırıq. Ağır fəsad varsa bunu cərrah həll edir, yüngül olanda masaj üsulu ilə bəzən düzəltmək mümkündür”.




Zərintac Mayisqızı
Missiya.Az




  • 26-04-2024, 10:21