AZ   |   RU
Hansı qidalar mədəyə faydalıdır?


Mədə xəstəlikləri insanların çoxunda tez-tez rast gəlinən problemdir. Mütəxəssislər deyir ki, bəzi şəxslər ciddi pəhriz saxlasalar belə həmin xəstəlik yenə də yarana bilər. Çünki bu müxtəlif səbəblərdən baş verir.

Ümumiyyətlə mədə-bağırsaq problemlərindən biri də köpün əmələ gəlməsidir. Bəzən tərkibində turşu olan qidalar, uzun aralıqlarla xörək yemək, soyuq mədədə şişkinlik hissi yaradır.

Araşdırmalara görə, mədədə köpün yaranmasının qarşısını alan içkiləri bunlardır:

Melissa çayı;
Zəncəfil;
Ananas;
Nanə çayı və ya özü;
Limonlu su;
Darçınlı su;
Yaşıl çay;
Şüyüd suyu.


Sözügedən mayeləri yeməkdən sonra istehsal etmək mədə və bağırsaqda qazların yaranmasının qarşısını alacaq. Sistemli və gec saatlarda yeməmək mədənin yükünü azaldaraq köpün qarşısını alır. Həmçinin, yuxu rejimini nəzarətdə saxlamaq da önəmlidir.

Mədənin sağlamlığını təmin edən, bir çox xəstəliklərdən sonra mədənin sağalmasına yardımçı olan və həzm yolunun bir sıra xroniki problemlərini yüngülləşdirən qida məhsullarından biri kartofdur.

Sözügedən qida məhsulu mədə üçün çoxlu faydalı maddələr daşıyıcısıdır. Qidanın tərkib hissələrini parçalayıb rahat həzm olunmasına kömək edən fermentlər və selikli qişanı aqressiv təsirlərdən qoruyan nişasta kartofun tərkibində yer alır. Kartofun tərkibində lazımi vitamin və minerallar kifayət qədərdir. Unutmayın ki, çiy kartofun şirəsi ilə mədə, 12-barmaq bağırsağın yarası və qastriti xəstəliklərini uğurla sağaltmaq olur.

Mədə üçün zərərli məhsullar:

Qazlaşdırılmış şirin içkilər;
Fast-fud qidaları;
Kolbasa məmulatları, xüsusilə də hisə verilmiş kolbasa;
Konservlərin əksəriyyəti;
Mayonez;
Ketçup;
Hazır souslar;
Paketlərdə satılan suplar və s.


Zərintac Mayisqızı
Missiya.Az



  • 25-04-2024, 10:20