AZ   |   RU
Almaniya da Zelenskini Putinlə danışıqlara çağırdı - “Əks halda...”

Ukrayna Rusiya ilə mümkün qədər tez danışıqlara başlamalıdır, çünki Kiyevin vəziyyəti zaman keçdikcə pisləşir. 


Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu “Das Erste” kanalının efirində almaniyalı deputat Sara Vaqenknext deyib.


O, uzun müddətdir ki, Ukraynanı Rusiya ilə dialoqa çağırdığını qeyd edib. “Münaqişə nə qədər uzun sürərsə, Ukraynada vəziyyət bir o qədər pis olacaq”, - Vaqenknext əlavə edib.


Onun fikrincə, bir il əvvəl danışıqlar kontekstində Kiyevin mövqeyi indikindən qat-qat yaxşı idi.


Deputat həmçinin Ukrayna prezidenti Vladimir Zelenskinin tələblərini qeyri-real və absurd adlandırıb.


Bundan əvvəl Vaqenknext Almaniya kansleri Olaf Şolsu Rusiya prezidenti Vladimir Putinlə razılığa gəlmək istəmədiyinə görə tənqid edib. Onun fikrincə, kansler Rusiya lideri ilə birbaşa əlaqə saxlamaq fürsətindən istifadə etmir.


Elcan
Missiya.Az



  • 17-04-2024, 13:55