AZ   |   RU
Azərbaycanda dövlət şirkətinin adı dəyişdirilib


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Təhlükəli Tullantılar" MMC-nin adı "Tullantıları İdarəetmə Mərkəzi"nə dəyişdirilib.

Missiya.Az bu barədə nazirliyə istinadən xəbər verir.

Xatırladaq ki, sözügedən şirkət 2004-cü ildə təhlükəli tullantıları zərərsizləşdirmək məqsədi ilə Sumqayıtda yaradılıb. Onun nizamnamə kapitalı 200 manatdır.



  • 30-04-2024, 11:57