AZ   |   RU
Müharibədən sonra Qəzzada dağıntıların təmizlənməsi 14 il çəkəcək - BMT


Qəzza zolağındakı partlayışlar və döyüşlərdən dağıntıları təmizləmək üçün ən azı 14 il lazım olacaq.

Missiya.Az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi məlumat yayıb.

Qəzza zolağında gedən döyüşlər bütün anklavda 37,5 milyon ton dağıntının əmələ gəlməsi ilə nəticələnib.  Onun böyük hissəsi partlamamış bombalar və digər döyüş sursatları ilə doludur. Ən çox zərər çəkmiş ərazilər Qəzzanın şimalındadır, ondan sonra cənubda Xan Yunis, Qəzzanın mərkəzində Deyr əl-Balah və İsrail qüvvələrinin vaxtilə “təhlükəsiz zona” adlandırdığı ən cənub anklavda olan Rəfah gəlir.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin son hesabatında da Qəzzada sürətlə böyüyən psixi sağlamlıq böhranı olduğu qeyd edilib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 30-04-2024, 11:52