AZ   |   RU
İlon Maskın sərvəti 37,3 milyard dollar artıb


Son beş gündə sahibkar İlon Maskın sərvəti 37,3 milyard dollar artıb.

Missiya.Az 
xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu 2022-ci ilin mart ayının əvvəlindən bəri ən əhəmiyyətli həftəlik artımdır.

Qeyd olunub ki, aprelin 29-da İlon Maskın sərvəti 18,5 milyard dollar artaraq 201,5 milyard dollara çatıb. “Tesla” səhmləri həmin gün 17,76% bahalaşıb.

Zərintac Mayisqızı
Missiya.Az




  • 30-04-2024, 11:17