AZ   |   RU
Papikyan Fransa rəsmisi ilə regional məsələləri müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Senatının xarici əlaqələr, müdafiə, silahlı qüvvələr və Avropa məsələləri üzrə komissiyalarının üzvü Ronan Le Qloyo ilə görüşüb.


Missiya.Az “Sputnik-Arnmenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Bildirilir ki, tərəflər Ermənistan silahlı qüvvələrində aparılan islahatları müzakirə edib.


Məlumata görə, onlar həmçinin regional təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.




Daşqın Həsənov
Missiya.Az



  • 30-04-2024, 12:14