AZ   |   RU
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri davam edir

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə yaradılan "Qardaş Briqada" layihəsi çərçivəsində Çanaqqalaya göndərilən Azərbaycan hərbçilərinin təlimləri davam edir.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tvitter səhifəsində məlumat yayıb.

Təlimlər Çanaqqalanın 18-ci Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığının Qərargahında davam etdirilir.


  • 14-09-2021, 15:25