AZ   |   RU
Hadı Rəcəblinin ölüm səbəbi məlum oldu

 

Bu gün səhər saatlarında dünyasını dəyişmiş sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi məlum olub.


Sabiq deputatın yaxın ətrafından Missiya.Az-a verilən məlumata görə, aprelin 16-sı gecə saatlarında H.Rəcəblinin ürək nahiyəsində ağrılar baş qaldırıb və  səhhəti kəskin pisləşib. Həkimlərin müdaxiləsi və ciddi səyləri nəticə verməyib və o, aprelin 17-si səhərə yaxın saatlarda ürək tutmasından dünyasını dəyişib.


Qeyd edək ki, Hadı Rəcəbli ilə vida mərasimi bu gün saat 14:00-da Təzə Pir məscidində keçiriləcək.


Elcan
Missiya.Az



  • 17-04-2024, 09:44