AZ   |   RU
“ABŞ-nin köməyi olmadan Ukraynanın qalib gəlmək şansı yoxdur” - Zelenski

“ABŞ-nin köməyi olmadan Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qalib gəlmək şansı yoxdur”.


Missiya.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski “PBS” telekanalına müsahibəsi zamanı deyib.


“Açığını deyim ki, bu yardım olmadan bizim qalib gəlmək şansımız olmayacaq. Və düşmənindən qat-qat güclü olmalısan. Bu elə mənim haqqında danışdığım mövzudur. Bu gün artilleriya mərmisinin nisbəti Rusiya ilə onun birədir”, - deyə siyasətçi vurğulayıb.


Zelenski qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri çox çətin günlər keçirir, çünki onlar böyük Rusiya ordusu ilə vuruşmalı olurlar.



Daşqın Həsənov
Missiya.Az



  • 16-04-2024, 15:35