AZ   |   RU
Heç elə obraz oynamaq istəmirdim - Taleh Yüzbəyov


Aktyor Taleh Yüzbəyov yeni serial olan “Alatava” və oradakı obrazından söz açıb. 

Missiya.Az xəbər verir ki, bu barədə o sosial media hesabında qısa bir video paylaşıb.

“10 seriyadan ibarətdir. Kriminal komediyadır və get-gedə hər şey çox çətinləşəcək. Bunu deyim. "Spoiler" vermək istəmirəm (öncədən demək ) amma finalı məni şəxsən şok etmişdi.  Mən orada Samir obrazını oynayıram. Əlixan (red. – aktyor Əlixan Rəcəbov) məni məcbur etdi. Heç elə obraz oynamaq istəmirdim. Tam mənim xasiyyətimə ziddir. Ona görə Əlixandan əlavə pul alacağam", - deyə aktyor qeyd edib.

Zərintac  Mayisqızı
Missiya.Az




  • 9-04-2024, 15:24