AZ   |   RU
Hacı Zeynalabdin Tağıyevin heykəli quraşdırıldı - FOTO

Bakıda “İçərişəhər” metrostansiyasının qarşısında Hacı Zeynalabdin Tağıyevin heykəli quraşdırılıb.

Missiya.Az xəbər verir ki, heykəlin açılışı yaxın günlərdə gözlənilir. Artıq ərazidə yekun abadlıq işləri aparılır.

Heykəlin müəllifi Xalq rəssamı Xanlar Əhmədovdur.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olub.



Qafqazinfo

  • 11-09-2021, 14:31