AZ   |   RU
Bu təbii vasitələr sizi ağrılardan xilas edəcək


Bəzən səbəbini bilmədiyimiz ağrılarımız olur. Demək olar ki, əksəriyyətimiz tez-tez bu problemdən şikayətlənirik. Ağrıları aradan qaldırmaq üçün müxtəlif ağrıkəsici dərmanlar qəbul edirik. Lakin belə dərmanlar kimyəvi tərkibli olduğu üçün orqanizmimizə ziyan vura bilir. Mütəxəssislər deyir ki, dərmanlar əvəzinə elə təbii vasitələr də var ki, onlar ağrılardan qurtulmağımıza yardımçı olur.

Həmin təbii vasitələr aşağıdakılardır:

Razyana: Əgər mədənizdə və böyrəklərinizdə ağrı varsa, onda razyana kökünü və ya toxumunu dəmləyərək yeməkdən əvvəl için. Mütəxəssislər sübut ediblər ki, razyana təkcə ağrıkəsici olmayıb, həm də müalicə edir;

Nanə yağı: Kəskin ağrıları, spazmanı aradan qaldırır. Mədə yanmasına kömək edir. Gün ərzində 6-12 damcı ilıq suya töküb qəbul etmək lazımdır;

Nanə: Bu bitki çox güclü spazmolitik təsirinə malikdir. Spazm nəticəsində yaranan baş ağrıları, qadınlarda menstruasiya qabağı və menstruasiya zamanı ağrılar, bağırsaq sancıları və s. ağrılar zamanı nanə dəmləməsi çox yaxşı effekt verir. 1 xörək qaşığı quru nanə 1 stəkan qaynar suda dəmlənilir və gün ərzində kiçik qurtumlarla içilir;

Mixək: Diş ağrısını azaldır. Bunun üçün diş oyuğunun içərisinə 1 ədəd mixək qoymaq lazımdır;

Sarımsaq: Diş ağrısı zamanı yaxşı kömək edir. 1 diş sarımsaq dişin üzərinə qoyun və bir qədər gözləyin, ağrı azalacaq. Bundan əlavə baş ağrısı zamanı da kömək edə bilər. Sarımsağı nazik kəsin, gicganlara qoyun və başınızı pambıq şərflə bağlayın;

Zəncəfil, darçın, sarıkök: Güclü spazmolitik və ağrıkəsici təsirə malikdir. 1 stəkan suda 1/2 çay qaşığı zəncəfil tozu (və ya darçın, və ya sarıkök) dəmləyin və kiçik qurtumlarla için;

Çay və qəhvə: Baş ağrısı zamanı istifadə olunan dərmanların bir hissəsinə "kofein" maddəsi daxildir. Bu maddə çayda və xüsusilə də qəhvədə var. 1 fıncan qəhvə və ya tünd çay baş ağrısının azalmasına kömək edə bilər;

Albalı: Bağırsaq sancıları və menstrual ağrıları vaxtı yardımçı olur; Süd: xora xəstəliyi tutması zamanı tez və effektli şəkildə kömək edir. 1 stəkan ilıq süd için və az bir vaxt keçdikdən sonra ağrının azalmasını hiss edəcəksiniz;

Çaytikanı yağı: yanıqlar zamanı yaxşı kömək edir - ağrıları azaldır, yanıqların sağalmasını sürətləndirir; Evkalipt, kamfara, nanə yağları: lümbaqo, nevralgiya, revmatizm ağrıları zamanı istifadə olunur. Bu yağlar ilə kompres etmək lazımdır;

Xardal: Baş ağrıları zamanı çox yaxşı kömək edir. Bir tikə çörək götürün, ona nazik layla xardal çəkin və yeyin. Xardal həmçinin əzələ ağrıları zamanı da yaxşı kömək edir. Xardalın bu xüsusiyyəti xardal kağızların istifadəsinin əsasında durur. Evdə xardal kağızları yoxdursa, pambıq parça götürün, üzərinə xardal çəkin və ağrıyan nahiyəyə qoyun;

Çobanyastığı: Çox yaxşı ağrıkəsici təsirə malikdir. Bu otun dəmləməsi baş ağrıları, bağırsaq sancıları zamanı kömək edir. Babasil tutması zamanı çobanyastığı dəmləməsi ilə oturaq vannalar etmək olar.

Zərintac Mayisqızı
Missiya.Az




  • 29-03-2024, 13:10