AZ   |   RU
Zaxarova: "Rusiya Azərbaycan və Ermənistanda sülh müqaviləsi ilə bağlı müzakirələri yaxından izləyir"

"Qarabağdakı rus sülhməramlılarının məsuliyyət zonasında ciddi pozuntular yoxdur. Bu, həm Bakıda, həm də İrəvanda təsdiqlənir".

Missiya.Az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Rəsmi İrəvanın son açıqlamalarına münasibət bildirən Zaxarova qeyd edib ki, Rusiya tərəfi Azərbaycanla Ermənistanda sülh müqaviləsinin bağlanması ilə bağlı müzakirələri yaxından izləyir.

"Siyasi mövzularda əsas fikir ayrılıqları, təəssüf ki, davam edir, buna görə də bu mərhələdə 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın bütün müddəalarının ən yüksək səviyyədə yerinə yetirilməsini prioritet hesab edirik. Humanitar məsələlər, iqtisadi və nəqliyyat əlaqələrinin açılması və digər bu kimi addımlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına və son siyasi həllinə nail olmaq üçün şərait yaratmağa kömək edəcək", - Zaxarova əlavə edib.


  • 9-09-2021, 19:04