AZ   |   RU
Keçmiş hərbi hissə komandiri bıçaqlandı – Goranboyda qanlı hadisə - ÖZƏL

Keçmiş hərbi hissə komandiri Rasim Əkbərov bıçaqlanıb. 

Missiya.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında baş verib. 

Rasim Əkbərovun Goranboy rayonu ərazisində bıçaqlandığı bildirilir. Xalid adlı şəxs ona ürək nahiyəsindən zərbələr endirib. Sabiq hərbçi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 

R.Əkbərovun hansı səbəbdən bıçaqlandığı məlum deyil. Yaxın saatlarda hadisənin geniş təfərrüatı barədə məlumat verəcəyik. 

Qeyd edək ki, Rasim Əkbərov Goranboyun keçmiş icra başçısı Ağa Əkbərov oğludur. 

Elvin
Missiya.Az


  • 8-09-2021, 21:30