AZ   |   RU
İsrail “Hizbullah”a qarşı böyük müharibəyə hazırlaşır

İsrail ordusu Livanın cənubunda “Hizbullah”ı sərhəddən geri çəkmək üçün əməliyyata başlaya bilər. 


Missiya.Az xəbər verir ki, bu barədə “The National” hər iki ölkənin hərbi və təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.


“Ölkənin şimalındakı evlərini tərk edən israillilərin əksəriyyəti “Hizbullah” təhlükəsi aradan qalxana qədər geri qayıtmaq istəmir. Bu vəziyyət İsrail ordusuna və hökumətinə böyük təzyiq göstərə bilər. Bu, növbəti böyük müharibə demək ola bilər", - deyə vurğulanıb.


Qeyd olunub ki, İsrail ordusunun əsas məqsədi “Hizbullah”ı sərhədindən 10-15 kilometr geri sıxışdırmaq olacaq.

 


Daşqın Həsənov
Missiya.Az



  • 29-02-2024, 11:07