AZ   |   RU
“Qurban olaram öz Xalq artistlərimizə” - Fira Cəlilova

   

Aparıcı Fira Cəlilova dünən Bakıda konserti baş tutan məşhur norveçli müğənni Aleksandr Rıbak ilə bağlı fikirlərini bölüşüb.


Missiya.Az xəbər verir ki, aparıcı bu barədə “Facebook”da paylaşım edib.


O qeyd edib ki, Aleksandr Rıbak bu gün Heydər Əliyev Sarayında konsert verib. İki saat davam edən konsertdə onun hardasa 30 dəqiqəlik çıxışı olub.


“Qalan saat yarımı 20 dəqiqəlik antrakt, bir saat 10 dəqiqəni isə Səbinə Babayeva və klassik instrumental ansambl öz arasında bölüşdürdülər. Bir də onu qeyd edim ki, Rıbak ilə şəkil çəkdirmək qeyri-rəsmi məlumatlara görə 1000 AZN-dir. Qurban olaram öz Xalq artistlərimizə”,- deyə Fira Cəlilova əlavə edib .


Leyla SƏMƏNDƏR
Missiya.Az

 



  • 29-02-2024, 10:30