AZ   |   RU

Aydın İbrahimov dəfn olundu - FOTOLAR


Bu gün Yasamal qəbristanlığında “Neftçi” klubunun sabiq prezidenti, dünya şöhrətli idman ustası Aydın İbrahimovun dəfn mərasimi keçirilib. 

Missiya.Az xəbər verir ki, mərasimdə mərhumun yaxınları və eyni zamanda dövlət qurumlarının rəhbərləri iştirak ediblər. 

Mərasimdə iştirak edən Müdafiə Sənayesi Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Azərbaycan Güləş Federasiyasının və digər qurumların rəsmi şəxsləri çıxış edərək Aydın İbrahimovun Azərbaycan idmanındakı xidmətlərindən bəhs ediblər. Onun məzarına qurumlar adından əklillər qoyulub. 

Xatırladaq ki, Aydın İbrahimov sentyabrın 2-də müalicə aldığı klinikada dünyasını dəyişib.
 
Qeyd edək ki, Aydın İbrahimov 1988-1997-ci illərdə “Neftçi”nin prezidenti olub.
 

SSRİ-nin əməkdar idman ustası və əməkdar məşqçisi olan Aydın İbrahimov həmçinin dünya və Avropa çempionatlarında medal qazanan ilk güləşçimiz kimi adını idman tariximizə yazdırıb. Gəncə güləş məktəbinin yetirməsi SSRİ dönəmində Olimpiadada da fəxri kürsüyə qalxan yeganə güləşçimiz olub. Sərbəst güləşdə 57 kq-da dünya (Helsinborq-1963) və Avropa çempionu (Karlsrue-1966) ünvanına sahib çıxan titullu pəhləvanımız Olimpiya Oyunlarının (Tokio-1964) bürünc medalını əldə edib. Həmçinin dəfələrlə SSRİ çempionatının qalibi və mükafatçısı olub.

Allah rəhmət eləsin!




Missiya.Az

Baxış sayı: 1 527
  • 4-09-2021, 13:00