- 20-02-2024, 23:36
SON XƏBƏRLƏR
Bu gün, 11:15 |
Bu gün, 11:09 |
Bu gün, 10:56 |
Bu gün, 10:53 |
Bu gün, 10:53 |
Bu gün, 10:52 |
Bu gün, 10:49 |
Bu gün, 10:48 |
Bu gün, 10:44 |
Bu gün, 10:43 |
Mübarizəmi sona qədər davam etdirdiyimdən 3 qızıl medal qazandım.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu sözləri Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında üç qızıl medal qazanan Dadaş Dadaşbəyli jurnalistlərə açıqlamasında deyib.
Yarışa hazırlığım çətin oldu. Türkiyədə ilk təlim-məşq toplantısını keçirdim. Dizimdən zədə almışdım. Üç qızıl medal qazanacağıma tam əmin deyildim. Amma qızıl, bürünc medallar qazanacağımı düşünürdüm. Hədəfim də bu idi. Mübarizəmi sona qədər davam etdirdiyimdən 3 qızıl medal qazandım.
İnşallah ay yarımdan sonra Dünya Kuboku yarışında iştirak edəcəyəm. Artıq bu yarışda 109 kiloqramdan artıq çəkidə mübarizə aparacağam. Burada da uğurlu nəticə qazanmaq istəyirik. Əminəm ki, son lisenziya turniri də bizim üçün uğurlu olacaq.
Xatırladaq ki, 109 kiloqram çəki dərəcəsində çıxış edən Dadaş Dadaşbəyli birdən qaldırma hərəkətində 176 kiloqramın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionu olub.
İdmançı təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 212 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb. O, toplam 388 kiloqram (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu gün, 11:15 |
Bu gün, 11:09 |
Bu gün, 10:56 |
Bu gün, 10:53 |
Bu gün, 10:53 |
Bu gün, 10:52 |
Bu gün, 10:49 |
Bu gün, 10:48 |
Bu gün, 10:44 |
Bu gün, 10:43 |
![]() |
“Moskva və Bakı arasında ticarət əlaqələri pozulmaq təhlükəsi altındadır” - Rusiyalı araşdırmaçı |
![]() |
Çin öz vətəndaşlarını İrana səfər etməməyə çağırıb |
![]() |
Azərbaycanda Rusiya TV-lərinin yayımı dayandırıla bilərmi? - "Beyinləri də qorumaq zamanıdır” |
![]() |
Rusiya XİN Bakıda rus jurnalistlərinin saxlanılmasına münasibət bildirib |
![]() |
Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri çox önəmlidir - Zaxarova |
![]() |
Rosatom Türkiyədəki Akkuyu AES-in 49 faizini satışa çıxarıb |
![]() |
“Qərbin Ukraynaya silah tədarükünə nəzarəti yoxdur” - Zaxarova |
![]() |
Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb |
![]() |
"Rusiya kanallarındakı proqramlar Ermənistan vətəndaşlarında mənfi emosiyalar yaradır" - Parlament sədri |
![]() |
"50 illik təcrübəmizə əsaslanaraq gələcək dövrdə də davamlı inkişafla irəliləməyə davam edəcəyik" - AzMİU-nun rektoru |
![]() |
"Bu gün 2400-dən çox məzunumuz universitet həyatına vida edir" |