Çərşənbə axşamı 20 May 2025 / 12:35:42
                    AZ   |   RU
Türkiyə ordusu Suriyanın şimalında daha 4 terrorçunu zərərsizləşdirib

Suriyanın şimalında daha 4 PKK/YPG terrorçusu məhv edilib.

Missiya.Az
xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.

Bildirilib ki, “Barış Pınarı” əməliyyatının keçirildiyi bölgədə hücuma cəhd edən 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

“PKK/YPG terror təşkilatının “Barış Pınarı” bölgəsindəki dinclik və güvən şəraitini pozmasına icazə vermədik və verməyəcəyik”, - məlumatda qeyd edilib.


  • 1-09-2021, 14:14