Bakıda fəaliyyət göstərən 180 marşrut xətti əhalinin 81-82 %-ni əhatə edir.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Onun sözlərinə görə, bu isə, qalan 20 % əhalinin faktiki olaraq fərdi avtomobillərdən istifadəyə məcbur olduğunu göstərir: "Marşrut xətlərin optimallaşdırılması çərçivəsində onların saylarının azaldılması nəzərdə tutulur, qalan marşrut xətləri hesabına isə daha çox ərazinin və əhalinin əhatə edilməsini hədəflənir".
A.Rzayev hesablamalara əsaslanaraq bildirib ki, Bakı şəhərində avtobus marşrut xətlərinin sayı 100-ə qədər enməlidir, bunula bərabər avtobusların sayı isə artmaldır: "Ümumi marşrut xətləri üzrə düşən ortalama avtobus sayı artmalıdır".
AYNA Bakının yeni marşrut şəbəkəsini artıq hazırlayıb.
"Biz onu Bakının rəqəmsal əkizində simulyasiya etmişik və nəticələri də görmüşük. Yeni marşrut şəbəkəsində sürətlənmə kifayət qədər yüksəkdir. Əhatəliliyi isə 92-93 %-i aşır. Bununla da, daha çox əlçatanlıq yaranır".