AZ   |   RU
Prezident İlham Əliyevdən Ermənistanın havadarlarına mesaj: Gedin öz işinizlə məşğul olun


Fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi nitqində Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etmək, həmçinin iki ölkə arasında vasitəçilik etmək istəyənlərə də mesaj göndərib, bizə bu məsələdə vasitəçinin lazım olmadığını bəyan edib.



Missiya.Az "Report"a istinadən xəbər verir ki, Azərbaycan-Ermənistan normallaşması prosesinin beynəlxalq gündəlikdən düşməli olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirib:


“Yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun. Biz öz məsələmizi həll etmişik”.



  • 14-02-2024, 18:38