Ankarabaku.com saytının rəhbəri, AQC və Qərbi Azərbaycan İcması Ankara təmsilçiliyinin mətbuat xidmətinin rəhbəri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Türkiyə təmsilçisi Oqtay Hacımusalının Missiya.Az-a müsahibəsini təqdim edirik.
-
İstərdik əvvəlcə fəaliyyət istiqamətləriniz, gördüyünüz işlər haqda danışasız... - Hazırda dünyanı öz cənginə alan pandemiya ilə bütün dünya mübarizə aparır.Yəni bu bir il ərzində tədbirlərimizin əksəriyyəti virtual olaraq həyata keçirilib. Konfranslar, iclaslar, beynəlxalq simfoziumlar təşkil etmişik. Pandemiyadan əvvəl çalışırdıq ki, işimizi Azərbaycan mədəniyyəinin təbliği istiqamətində quraq. Bu istiqamətdə Türkiyədə fəaliyyət göstərən dərnəklərlə iş birliyimiz olub. Məsələn, 2018-ci il iyunun 15-də Ankara şəhərində 5 ölkənin nümayəndələrinin iştirak etdiyi, Qurtuluş gününə həsr olunmuş “Tək ürəkdə iki can” adlı böyük bir mədəniyyət və incəsənət şöləni keçirdik. Ondan öncə də ədəbiyyat, incəsənət və mədəniyyətlə başğlı bir sıra tədbirlərimiz olmuşdu.
-
Bu günlərdə diaspor nümayəndələrinin Şuşaya səfəri təşkil olundu. Səfər edənlər arasında siz də vardız. Bu səfər sizdə hansı təəssüatları yaratdı? - Mən hər kəsə o müqəddəs ziyarəti arzulayıram. 28 il insanlarımz bu həsrətlə yaşayırdılar. Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşən Azərbaycan xalqı, qəhrəman Azərbaycan ordusu bizə bu zəfəri yaşatdı. Ankaradan Bakıya gəldiyim zaman ağlımda belə bir fikir var idi ki, mütləq şəkildə işğaldan azad olunan ərazilərdən hər hansı birinə səfər edəcəm. Qismət belə oldu ki, Şuşaya səfər etdik və bi daha əmin oldum ki, barbar, vəhşi bir toplumla qarşı-qarşıya olmuşuq. Onlara millət demək olmaz. Biz bunu səfər sırasında da gördük. Yolboyu dağıdılmış ərazilər, Heç bir şey yox idi. Sadəcə xaraba qalmış 3-5 damdan bilmək olurdu ki, bura haçansa kənd olub.Yurd yerləri var idi, hansı ki, daha çox kömürə dönmüş ocaq yeridir indi. Əvvəldən bilirdik ki, bu yerlərə getmək o qədər də asan olmayacaq. Düzdür, qəhrəman ordumuz davamlı olaraq fəaliyyətdədir. Azad olunmuş ərazilərin minalardan təmizlənməsi öz tempi ilə davam edir. 28 ildir ki, yurd-yuvalarından didərgin düşmüş inanların yenidən evlərinə qayıtması üçün dövlətimiz bu gün genişmiqyasda iş aparır. Deyim ki, mən tərəddüd işindəydim. Şuşaya getmək sismət olacaqmı, olmayacaqmı… Şükür ki, bu baş verdi. Getdik, ziyarət etdik. Orada olduğumuz bir gün ərzində sanki başqa bir dünyaya düşmüşdük. Başqa bir aləmdəydik...
Oktay Hacımusalı - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Türkiyə təmsilçisi -
Bu təəssüratları sizin kimi yaşadığı ölkənin mətbuatında bölüşən diaspor nümayəndəsi az oldu amma... - Birinci səfərdən təəssüratlarını bölüşənlər oldu. Kişfayət qədər diaspora nümayəndəsinin bu yöndə fəaliyyətini gördük. Bu səfər barədə çox sayda yazılara rast gəlmək olar. Müəyyən fikirlər də dünya ictimaiyyətinə çatdırılıb. İkinci səfərdə isə heyət bir az fərqli idi. Akademik heyət idi. Nəticə etibarı ilə insanlarımızın Şuşanı görməsi, ziyarət etməsi və qayıtdıqda sonra təəssüratlarını bölüşməyi çox gözəl haldır. Hə, getdik, gədik. Məncə bundan sonrakı proseslər çox önəmlidir. Özümüzə aid olan, orda yaşadığımız duyğuları içimizə həbs etməməliyik. Çox vacibdir ki, bu səfər təəssüratlarını dünya ictimaiyyətinə çatdıraq.
-
Sizcə bunu edə bilirikmi? - Mənə belə gəlir ki, qlobal mənada bunu bacarmışıq. Baxır ki, hadisəyə hansı rakusdan yanaşırsan. Ümid edirəm ki, yaxın günlərdə bununla bağlı bir hesabat formalaşdırılıb dərc olunar. Hesabat dərc olunar ki, bu səfərdən sonra nə kimi təbliğat işləri aparıldı. Hansı media vasitələrində nə kimi yazılar dərc olundu. Mən çox istəyərəm ki, bu yazılar qərb mətbuatına da təqdim olunsun. Bizim daxilə hesablanmış medialarımızın olması çox yaxşı, əladır. Lakin konsepsiyalar beynəlxalq mətbuat səviyyəsinə hesablanmalıdır.
Mən bir yazı yazdım – “Yerlərə, göylərə and olsun ki, Şuşa bizimdir!”- kifayət qədər rezonans doğurdu. Əslində mən bu yazını Azərbaycan mətbuatı üçün yazmamışdım. Bunu sırf Türkiyə mətbuatı üçün yazmışdım. Çünki biz bilirik ki, Şuşa boyda dərdimiz, yaramız var idi. İndi bu yaranın üstü qaysaq tutub və bu yara sağalır. Biz artıq dünyaya təqdim etməliyik ki, yaramızı sağaldırıq. Biz artıq qayıdırıq və biz orada yenidənqurma, abadlıq işləri aparırıq. Siz bir söz deyim. Biz Şuşada itirdiyimiz qüruru tapdıq. Biz Şuşada sözün həqiqi mənasında tapdalanmış qürurumuzu tapdıq. Siz bir maraqlı fakt deyim. Şuşaya gedən diaspora nümayəndələri arasında elələri var idi ki, ümumiyyətlə Azərbaycanı görməmişdilər, ilk dəfə idi gəlirdilər.Və onların Azərbaycana ilk gəlşlərinin məhz Şuşadan başlamasının öz mistikası var. İnsan doğulduğu torpağa ilk dəfə məhz Şuşadan baxır, o torpağı məhz Şuşadan görür…
- Diaspor Komitəsinin fəaliyyətindən razısınızmı? - Diasporla iş üçün 2, 3, 5 il elə bir böyük müddət deyil. Bunun üçün 10 illər, 20 illər lazımdır. Bu gün Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi həqiqətən Azərbaycan üçün çalşır. Bəli, Diaspor Komitəsi ötən illər ərzində öz fəaliyyətini bəlli bir stereotipin üzərində qurmuşdu. Artıq şüarçılıqdan bir az kənara getmək lazımdır. Artıq irəli getmək lazımdır. Şüarçılıqdan daha çox, real iş üzərinə köklənmək lazımdır. Azərbaycanın daxili və xarici siyasətini bilən, Azərbaycanın qırmızı çizgilərini bilən, harda dayanmaq lazım olduğunu, harda irəli getmək lazım olduğunu bilən kadrlar olmadan Azərbaycan diasporu inkşaf edə bilməz, mümkün deyil. Soruşa bilərsiz niyə? Məsələn, siz yaşadığınız ölkədə elə bir situasiyaya düşə bilərsiniz ki, həmin situasiya yaşadığınız ölkəyə görə doğrudur, amma Azərbaycan görə yanlışdır. Mən burdan sizin media vasitənizlə bir təklif irəli sürmək istəyirəm. Bu, çox önəmlidir. Düşünürəm ki, Türkiyədə Azərbaycan dərnəkləri ilə bağlı fəaliyyət göstərmək üçün harasa müraciət edəndə, lütf edib Azərbaycanın rəsmi orqanlarını da bundan xəbərdar etsinlər, icazə alsınlar. Adın qeydiyyatdan keçib keçməməsi ilə bağlı son söz sahibinin Azərbaycan olması çox önəmlidir.
-
Bəs Komitənin inki fəaliyyəti… Rəhbərlik dəyişəndən sonra yeni yanaşmalar müşahidə etdinizmi? - Bəli, rəhbərlik dəyişəndən sonra Komitənin fəaliyyətində novator yanaşmalar müşahidə olundu və bu proses hazırda da davam edir. Əvvəllər necə idi? Məsələn Türkiyədə bir stuldan, bir masadan ibarət dərnəklər var idi. Bu dərnəklər il ərzində dövlətə 6 tədbir keçirdikləri barədə hesabat verirdilər, hansı ki heç bir iş aparılmayıb, tədbir keçirilməyib. B əzi hallarda heç hesabat da verilmirdi. Lakin yeni dönəmdə çox böyük dəyişiklikləgr baş verdi. Xüsusən Avropa ölklərində çox ciddi dəyiikliklər var. Hətta Türkiyənin özündə də çox ciddi dəyişkliklər müşahidə olunur. Məsələn Türkiyəyə köçən sənədsiz azərbaycanlıların problemi var idi. Həmin problem illərdir yığılıb qalmışdı. Yeni rəhbərlik təyin olunduqdan sonra qısa müddət ərzində bu məsələyə baxıldı. Türkiyədəki əlaqədar qurumlarla əlaqələr yaradıldı və həmin məsələnin köklü surətdə həll olunması yönündə ciddi addımlar atıldı.

-
Sizcə diaspora fəaliyyətində daha effektov nəticələr əldə etmək üçün hansı addımlar atılmalı, dah hansı yeniliklər təbiq olunmalıdır? - Məncə artıq biz dispor fəaliyyətindən daha çox lobbiçiliyə üstünlük verməliyik. Hər bir fərd özü özlüyündə bir diaspordur. Yaşadığınız ölkədə, regionda və qlobal mənada dünyada çalışmalıyıq ki, birinci növbədə bizim sözümüzü deyən, bizə dəstək duran yerli əhali ilə işləyək. Onların arasından bizim sözümüzü deyəcək insanları müəyyənləşdirək. Onları elə yetişdirmək lazımdır ki, bizimlə əks düşüncədə olan 100 adamın arasına girdiyi zaman özünü itirməsin və Azərbaycan həqiqətlərini yerli-yerində təqdim edə bilsin.
-
Konkret olaraq Türkiyədə hansı işlər görülməlidir? - Mən Türkiyədə yaşayıram. Türkiyədə bizim bir qəzetimiz yoxdur. Həftəlik belə olsa qəzetimiz yoxur. Amma halbu ki Türkiyədə fəaliyyət göstərən azərbaycan əsilli jurnalistlər yetərincədir. Bəs başqa ölkələrdə necə saytımız, mətbu orqanımız var? Türkiyədə hazırda iki saytımız var - biri
asasmedya.com, o biri də
ankarabaku.com. Amma bunlar kifayət deyil. Qəzetimiz olmalıdır. Onu da deyim ki, Diaspor komitəsindən həm nəsə gözləmək lazımdır, həm də gözləmək lazı deyil. Bayaq da dediyim kimi, hər bir fərd özü bir diaspordur. Fərti təşəbbüslər olmalıdır. Düşünürəm ki qarşıda duran ən başlıca məqsəd media qurumlarının yaradılması və buna dəstək verilməsidir.
Söhbətləşdi: Lamiyə RövşənqızıMissiya.Az
Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.14 istiqaməti üzrə (Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi) hazırlanmışdır.