AZ   |   RU
Azərbaycan üç ölkə ilə Xəzərdə birgə təlim keçirəcək

Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzər dənizində birgə hərbi təlimlər keçirəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiyanın Xəzər donanmasının komandir müavini kontr-admiral Sergey Yekimov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, sözügedən bu hərbi təlimlər sentyabrın əvvəlində “Dəniz kuboku” müsabiqəsi başa çatdıqdan sonra keçiriləcək.


  • 31-08-2021, 12:12