- 12-02-2024, 19:56
SON XƏBƏRLƏR
Bu gün, 12:51 |
Bu gün, 01:51 |
Dünən, 23:44 |
Dünən, 22:21 |
Dünən, 21:33 |
Dünən, 21:05 |
Dünən, 20:20 |
Dünən, 19:04 |
Dünən, 18:20 |
Dünən, 18:15 |
Rumıniya Prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, məktubda deyilir:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, yeni mandatınızda Sizə davamlı uğurlar arzulayıram.
Rumıniya ilə Azərbaycan arasında həm ikitərəfli, həm də regional miqyasda davam edən çoxsaylı layihələr qarşılıqlı münasibətlərimizin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda strateji, yaxın və etibarlı tərəfdaşdır.
Mən bu vəsilə ilə Rumıniyanın strateji tərəfdaşlığımızın möhkəmlənməsinə və dərinləşməsinə sadiqliyini bir daha təsdiqləyirəm. Rumıniya və Azərbaycanın davamlı səylərlə enerji, nəqliyyat, təhsil, ticarət və investisiyalar kimi xüsusi önəm daşıyan sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından tam yararlanacağına əminəm.
Eyni zamanda, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasındakı dialoqun davamlı və hərtərəfli inkişafı üçün fəaliyyətini davam etdirəcəkdir.
Bu fürsətdən istifadə edərək Zati-alinizi ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirmək məqsədilə bu il Rumıniyaya rəsmi səfərə dəvət edirəm".
Bu gün, 12:51 |
Bu gün, 01:51 |
Dünən, 23:44 |
Dünən, 22:21 |
Dünən, 21:33 |
Dünən, 21:05 |
Dünən, 20:20 |
Dünən, 19:04 |
Dünən, 18:20 |
Dünən, 18:15 |
![]() |
Əfsanəvi sənətkarın 110 illiyi ilə bağlı film çəkilib |
![]() |
"Ermənistan "Zəngəzur dəhlizi"nə razılığını verdi" - İlham Əliyev istədiyinə nail oldu |
![]() |
Messi "Barcelona'nın heyətində çıxış edəcək - Vida matçı |
![]() |
Gürcüstan gömrükçüləri Rusiyadan qayıdan Ermənistan maşınlarını sərhəddən buraxmırlar |
![]() |
Avropa İttifaqı Bakı və İrəvanı sülh sazişini "mümkün qədər tez" imzalamağa çağırdı |
![]() |
Azərbaycan Ukraynaya yardımını davam etdirəcək - Nazir müavini bəyan etdi |
![]() |
ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kiyevə səfər edəcək |
![]() |
Rusiyada azərbaycanlı sahibkarlara "krışa"lıq etmiş polislərə qarşı reyd keçirilib - Cinayət işi açıldı |
![]() |
Türkiyə terror bəlasından qurtuluş astanasındadır - Dövlət Baxçalı |
![]() |
“İsrail hökuməti qanun və tarix qarşısında cavab verəcək” - Ərdoğan |
![]() |
İran və İsrail arasında qarşıdurma riski yenidən artıb - KİV |