AZ   |   RU
Azərbaycanın səfirliyinə hücum etmiş şəxsin cinayət işi üzrə məhkəmə iclası olub


Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib.



Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.


İttihama əsasən, həmin şəxs odlu silahdan istifadə edərək səfirlik ərazisində Azərbaycan vətəndaşını qəsdən öldürməyə, qanunsuz silah-sursatın alınması, daşınması və saxlanılmasına görə təqsirli bilinir.


Agentliyin məlumatına görə, məhkəmə zalında Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları da olublar.



  • 27-01-2024, 19:35