AZ   |   RU
Türkiyənin Montrö konvensiyasına sadiqliyi diqqətə çatdırılıb


Türkiyə Qara dənizdə sülh və sabitliyin təmin edilməsi, mövcud risklərin aradan qaldırılması üçün “Montrö Boğazlar Konvensiyası”na sadiqliyini xüsusi diqqətlə davam etdirəcək.



Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair bəyanatda bildirilib.


Həmçinin, Rusiya-Ukrayna müharibəsinin ən qısa zamanda atəşkəslə bitməsinin və daimi sülhün bərqərar olunmasının vacibliyi vurğulanıb.



  • 25-01-2024, 22:44