
“Qarşıdan gələn aylar Ukrayna üçün çətin olacaq”.
Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı deyib.
Vaşinqtonun Kiyevi dəstəkləmək üçün əlavə vəsait ayırması perspektivlərindən danışan siyasətçi qeyd edib ki, qarşıdakı bir neçə ay Ukrayna üçün həlledici olacaq.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri növbəti tədarükün nə vaxt gələcəyini bilmirlər deyə, hansı silahlardan istifadə etmək barədə sərt seçimlər etmək məcburiyyətindədirlər.
“Bu, qeyri-müəyyənlikdən o qədər də əziyyət çəkməyən Rusiya ordusundan fərqli olaraq, Ukrayna ordusunun düşdüyü vəziyyət dəhşətlidir. Rusiya isə ballistik raketlər üçün Şimali Koreyaya müraciət edir. Moskva həmçinin İran pilotsuz təyyarələrindən də istifadəni davam etdirir”, - deyə Kirbi vurğulayıb.
O, qeyd edib ki, biz Kiyevin bu müharibədə qalib gəlməsini və suveren Ukraynanın olmasını görmək istəyirik:
Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin hamı, o cümlədən Rusiya prezidenti Vladimir Putin tərəfindən tam tanınmasını istəyirik. Və biz Ukraynaya bu məqsədlərə çatmaq üçün lazım olan dəstəyi davam etdirmək istəyirik”, - deyə siyasətçi əlavə edib.
Daşqın Həsənov
Missiya.Az