AZ   |   RU
Mirzoyan və Xorvatiyanın baş naziri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Zaqrebdə Xorvatiyanın baş naziri Andrey Plenkoviçlə görüşüb.


Missiya.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Bildirilir ki, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Cənubi Qafqazda sülhün bərqərar olmasını müzakirə ediblər.

 


Daşqın Həsənov
Missiya.Az



  • 19-01-2024, 11:42