Quruda, havada və dənizdə əldə etdiyimiz səviyyədə əsas rolu PUA-lar oynayır.
Missiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “IDEF-2021” 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin Açılış Mərasimində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə müdafiə sənayesində inkişaf etdirdiyi hər imkanı və qabiliyyəti dostları ilə bölüşməkdən məmnun olan bir ölkədir.
“Terrorla mübarizənin ən kritik anlarında boş qalan sərhədləri təhlükə altında olarkən, ehtiyac duyduğu məhsulu əldə edə bilməyən bir ölkə olaraq, öz ehtiyaclarımızı ödəmək üçün addımlar atmağa məcbur olduq. Əldə etdiyimiz səviyyə bizi böyük hədəflərə apardı. Gələcəyin məhsullarına bugünkü ehtiyaclardan daha çox sərmayə qoyuruq. Süni intellektə əsaslanan texnika üzərində iddialı layihələr həyata keçiririk. Gələcəyin ehtiyaclarını qarşılayacaq hər sahədə hazır olacağıq. Dostlarımızla paylaşmaq bizim əvəzolunmaz prioritetimiz olacaq”, - deyə Türkiyə lideri qeyd edib.