AZ   |   RU
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
Son gün ərzində Azərbaycanda koronavirusa yeni 2 993 yoluxma qeydə alınıb, 646 nəfər müalicə olunaraq sağalıb.

Missiya.Az
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd edilir ki, daha 15 nəfər COVID-19-dan vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 368 002 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 338 925 nəfər müalicə olunaraq sağalıb, 5 153 nəfər vəfat edib, aktiv xəstə sayı 23 924 nəfərdir.

Ölkədə son sutka ərzində 15 376, hazırkı dövrədək isə 4 210 440 test aparılıb.



  • 15-08-2021, 20:06