AZ   |   RU
Türkiyənin müdafiə naziri Azərbaycandan danışıb

“Türkiyə son illərdə prezident Rəcəb Tayyib Ərdoğanın strateji uzaqgörənliyi ilə müdafiə və təhlükəsizlik sahəsində mühüm addımlar atıb”.


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.


“Əslində ölkəmiz bu müddət ərzində qardaş, dost və müttəfiq ölkələrin, xüsusilə Şimali Kipr, Azərbaycan, Liviya, Qətər, Somali, Kosovo, Bosniya və Herseqovina və bir çox başqa coğrafiyalarda Rusiyanın haqlı işinə dəstək verib. Ukrayna arasında atəşkəsin təmin edilməsi istiqamətində göstərdiyi səylərlə “Taxıl Dəhlizi” sazişinin qüvvəyə minməsinə öncüllük etmiş, atəşkəs və sülhün bərqərar edilməsi təşəbbüsləri ilə bütün dünyaya təsir edən hadisələrdə sülh və sabitlik adına uğurlu rol oynamışdır”, - deyə siyasətçi vurğulayıb.


O, qeyd edib ki, Türkiyə Cümhuriyyəti hazırda bölgəsində sülh, etimad və sabitliyin mərkəzi kimi paxıllıqla izlənilir: 


“Kritik bölgələrdə və coğrafiyalarda həll təklifləri və sülhə verdiyi töhfələrlə danışıqlar masalarının əvəzsiz hissəsinə çevrilir. Önümüzdəki dövrdə Türkiyənin yanında olanların qazanacağını, ölkəmizi daxil etməyən hər hansı bir qiymətləndirmənin heç bir dəyəri olmayacağını hər kəs qəbul etməlidir", - deyə Gülər bildirib.

 


Daşqın Həsənov
Missiya.Az



  • 28-12-2023, 14:55