AZ   |   RU
“Paşinyan Rusiyada səsləndirdiyi fikirlərlə iki stulda oturmağa çalışacaq” - Erməni sabiq deputat

“Düşünmürəm ki, indiyə kimi qərb platforması Ermənistanın baş naziri Nikol Paşinyan üçün məğlub olub, o, manipulyasiya edən domino effekti ilə mümkün qədər uzanmağa və hər iki stulda oturmağa çalışacaq”.


Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan jurnalistlərə müsahibəsi zamanı deyib.


“Mən başa düşürəm ki, siyasətdə iki stulda oturmaq ciddi geosiyasi yırtığa gətirib çıxarır. Paşinyan isə yırtıqla iki stulda oturmağa çalışacaq. Paşinyan Rusiyaya səfəri zamanı həmin Qərbə müraciət edib. O, iddia edib ki, Avrasiya İqtisadi İttifaqı siyasi struktur deyil, sadəcə iqtisadi formatdır. Təbii ki, bunlar Paşinyanın yenidən Qərbi özünə cəlb etmək üçün gülünc cəhdləri idi”, - deyə siyasətçi vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • 28-12-2023, 12:51