AZ   |   RU
Azərbaycanda prezidentliyə namizədlərin sayı 6-ya çatıb - YENİLƏNİB


Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

Missiya.Az-ın xəbərinə görə, bu barədə partiyanın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Bununla da Azərbaycanda növbədənkənar Prezident seçkilərinə namizədlərin sayı 6-ya çatıb.



  • 18-12-2023, 10:33